RU

Nyu-York meri 8 noyabrı Azərbaycanın Zəfər Günü kimi tanıdı

ABŞ-ın Nyu-York şəhəri meriyası 8 noyabr 2025-ci ilin Azərbaycan Respublikasının Zəfər Günü kimi tanınması ilə bağlı bəyannamə imzalayıb.

Publika.az "Report"a istinadla xəbər verir ki, sənəd Azərbaycan-Amerika Gənclər Federasiyasına (AAYF) ünvanlanıb.

Sənəddə şəhər meri Azərbaycan xalqını tarixi Zəfər Günü münasibətilə təbrik edib və sevincinə şərik olduğunu bildirib.

Sənəddə qeyd olunur ki, AAYF mədəni mübadilə, gənclərin inkişafı və vətəndaş fəallığını təşviq edən, seminarlar, mentorluq təşəbbüsləri və şəbəkələşmə imkanları vasitəsilə azərbaycanlı gəncləri bir araya gətirən nüfuzlu gənclər təşkilatıdır. Federasiya Nyu-Yorkun beş inzibati dairəsində və ABŞ-nin müxtəlif ştatlarında fəaliyyət göstərərək gənc azərbaycanlı amerikalılara dəstək olur.

Mətndə o da vurğulanır ki, AAYF həmçinin ali təhsil müəssisələri və ictimai təşkilatlarla əməkdaşlıq edərək tədris və qarşılıqlı öyrənmə üçün inklüziv mühitlər yaradır.

Избранный
29
7
publika.az

8Источники