Latviyanın müdafiə naziri Andris Spruds “Dronlar Evi” adlı təlim mərkəzinin açılışından sonra ölkəsini “dron superdövləti” elan edib.
Publika.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.
“Latviya sübut edir: biz dron superdövlətik”, – deyə o qeyd edib.
Nazir qeyd edib ki, Mərkəzin ərazisində dron operatorlarının təlimləri və yeni pilotsuz uçuş aparatlarının sınaqları keçiriləcək.