sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.
Almaniya II Bundesliqasında 12-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi "Kayzerslautern" öz meydanında "Herta"nı qəbul edib.
Matç qonaqların minimalhesablı qələbəsi başa çatıb - 0:1. Mahir də bu görüşün iştirakçısı olub. Emreli 63-cü dəqiqədə Daniel Hanslikin əvəzinə meydana çıxıb. Bununla da millimizin hücumçusu 9 turdan sonra forma şansı qazanıb. Lakin Mahirin qayıdışı uğurlu alınmayıb. O, zədələndiyi üçün 14 dəqiqədən sonra, daha dəqiq desək, 77-ci dəqiqədə Riçmond Taçie ilə əvəzlənib.
Qeyd edək ki, hazırda aktivində 20 xal olan "Kayzerslautern" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.