"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann İspaniya La Liqasında bir məşqçinin rəhbərliyi altında vurulan qol sayına görə Lionel Messini geridə qoyub.
Fanat.Az xəbər verir ki, fransalı forvard “Levante”yə 3:1 hesabı ilə qalib gəldikləri matçda dubl etməklə bunu reallaşdırıb.
"SportsCenter"-in hesablamasına görə, o, baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında "Atletiko Madrid"in heyətində 138-ci qolunu vurub. Qrizmann bununla da Xosep Qvardiolanın rəhbərliyi altında "Barselona"nın heyətində 137 qol vuran argentinalı hücumçu Lionel Messinin rekordunu qırıb.
Futbolçunun "Atletiko" ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. O, bu mövsüm bütün yarışlarda 19 oyun keçirib, 6 qol vurub.
"Atletiko" hazırda 25 xalla La Liqanın turnir cədvəlində 4-cü yerdədir.