RU

Günün futbol qrafiki

Misli Premyer Liqasının XI turunda bu gün "Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan derbisi keçiriləcək. Metbuat.az xəbər verir ki, "Zəfər turu"na təsadüf edən matç "Azərsun Arena"da baş tutacaq.Saat 18:44-də başlayacaq oyuna biletlər tükənib. Derbilərdə "Qarabağ" 45, "Neftçi" 23 qələbə qazanıb. 31 görüşdə isə qalib müəyyənləşməyib. Baş tutan matçlarda ümumilikdə 224 qol qeydə alınıb. Ağdam təmsilçisi 140, "Neftçi" isə 84 dəfə fərqlənib.Günün digər görüşü isə Qəbələ şəhər stadionunda baş turacaq. Burada autsayder "Kəpəz" "Sabah"ı qəbul edəcək.Qarşılaşmanın start fiti saat 15:44-də səslənəcək. Reallaşacaq hər iki matçdan sonra "Zəfər turu"na yekun vurulacaq.

"Qarabağ" 20 xalla turnir cədvəlinin ikinci sırasında qərarlaşıb. 18 xalı olan "Sabah" altıncı, rəqindən 3 xal az toplayan "Neftçi" yeddincidir. Mövsüm ərzində cəmi 1 qələbəsi olan "Kəpəz" isə 3 xalla sonuncu - onikinci yerdədir.

Избранный
42
1
metbuat.az

2Источники