RU

Suriya prezidenti ABŞ generalları ilə basketbol oynadı - VİDEO

Suriya prezidenti Əhməd əl-Şaraa və xarici işlər naziri Əsəd əl-Şeybani ABŞ-a səfərlərinə basketbol oyunu ilə başlayıblar. Onlara ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper və admiral Kevin Lambert qoşulub.

Bizim.Media xəbər verir ki, məlumatı əl-Şaraa öz İnstagram hesabında paylaşıb:

"Admirallar Kuper və Lambertlə meydanda kiçik bir məşq".

Qeyd edək ki, Əhməd əl-Şaraa 8 noyabrda rəsmi səfər üçün ABŞ-a gəlib. Ağ Evin mətbuat katibi Kerolin Levittin verdiyi məlumata görə, Əhməd əl-Şaraa noyabrın 10-da Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.


Bizim.Media

Избранный
26
10
bizim.media

10Источники