Filippində baş verən "Kalmaeqi" tayfunu nəticəsində ölənlərin sayı 188-dən 224-ə yüksəlib, 109 nəfər isə də itkin düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə "GMA News" televiziya kanalı ölkənin Mülki Müdafiə İdarəsinə istinadən xəbər verib.
Şiddətli yağışların şəhər küçələrini su basdığı Sebu adasında 158 nəfərin öldüyü təsdiqlənib. Ölkədə ümumilikdə 526 nəfər yaralanıb, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
53 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.