RU

DİN: Son iki gündə 1 avtomat, 2 tapança və 10 müxtəlif markalı tüfəng təhvil götürülüb

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 23-24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 2 ədəd tapança və 10 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Избранный
448
17
azertag.az

10Источники