RU

Bu gün Misli Premyer Liqasında “Zəfər tur”una Azərbaycan derbisi ilə yekun vurulacaq

Bakı, 9 noyabr, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında “Zəfər tur”una yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana “Kəpəz” və “Sabah” komandaları çıxacaqlar. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 15:44-də başlayacaq.

Hazırda 3 xalı olan Gəncə təmsilçisi sonuncu - 12-ci pillədədir. Bakı klubu isə 18 xalla 6-cıdır.

Günün ikinci matçı isə “Azərsun Arena”da “Qarabağ” və “Neftçi” kollektivləri arasında baş tutacaq. Azərbaycan derbisi saat 18:44-də start götürəcək.

Qurban Qurbanovun komandası 20 xalla 2-ci, “ağ-qaralar” isə 15 xalla 7-ci sıradadır.

Qeyd edək ki, daha əvvəl "Şamaxı" "İmişli"yə 1:0, "Sumqayıt" "Qəbələ"yə 2:0, "Araz-Naxçıvan" "Karvan-Yevlax"a 2:1 hesabı ilə qalib gəlib. "Zirə" - "Turan Tovuz" görüşündə isə qolsuz heç-heçə qeydə alınıb.

Избранный
62
1
azertag.az

3Источники