RU

Mahir Emreli ağır zədələndi, göz yaşlarını saxlaya bilmədi

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli sıradan çıxıb.

"Ölkə.az" Teleqraf-a istinadla xəbər verir ki, 28 yaşlı hücumçu komandasının II Bundesliqanın XII tur oyununda "Herta Berlin"ə 0:1 hesabı ilə uduzduqları matçda zədələnib.

Baş məşqçi Torsten Liberknext 22 avqustdan bəri ilk dəfə Mahir Emreliyə şans verib. O, 63-cü dəqiqədə meydana daxil olub. Lakin, azərbaycanlı oyunçu 78-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. Meydanı tərk edərkən o, göz yaşlarını saxlaya bilməyib.

Emrelinin Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsinin İslandiya (13 noyabr) və Fransa (16 noyabr) ilə oyunlarını buraxacağı gözlənilir.

Избранный
20
3
olke.az

4Источники