
MLS 1/16 pley-off mərhələsinin üçüncü oyununda “İnter Mayami” öz meydanında “Neşvill "i 4:0 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir ki, Argentinalı hücumçu Lionel Messi oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib.
Beləliklə, ulduz forvard peşəkar karyerasında 400-cü məhsuldar ötürmə həddinə çatıb.
Forvard “Barselona”da 269, Argentina millisində 60, “İnter Mayami”də 37, PSJ-də isə 34 məhsuldar ötürmə edib.
Qeyd edək ki, bu mövsüm argentinalı hücumçu Amerika klubunun heyətində bütün yarışlarda 42 oyun keçirib, 40 qol vurub və 17 məhsuldar ötürmə edib.