RU

Barselona nın baş məşqçisi Yamalla bağlı millinin məşqçilərinə müraciət etdi

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik İspaniya millisinin məşqçilər heyətini Lamin Yamalın vəziyyətini yaxından izləməyə çağırıb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb:

"Milli komandanın məşqçilərindən xahiş edirəm. Ona qayğı göstərsinlər. O, dəyişib, daha yaxşı hala gəlib, çox yaxşı məşq edir, hər gün idman zalında reabilitasiyasını aparır... O, ən yaxşı səviyyəsinə qayıda bilər, amma hələ 100 faiz hazır deyil. Ona qayğı göstərilməlidir - həm burada, həm də milli komandada. Və düşünürəm ki, millidə bunu başa düşür və edirlər".

Qeyd edək ki, İspaniya millisi bir neçə gündən sonra 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. "La Furia Roja" noyabrın 15-də Gürcüstan, 3 gün sonra isə Türkiyə ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
sport24.az

1Источники