RU

Bakıda keçirilən Hərbi parad dünya mediasının gündəmində oldu

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının geniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəli şəkildə işıqlandırılıb.

Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yer verilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildə nümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədə məlumat verilib.

Hərbi parad Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları, o cümlədən Anadolu agentliyi, “TRT Avaz”, “TRT Haber”, “A Haber”, “Haber Global”, NTV televiziya kanalları, “Milliyet”, “Hürriyet”, “HaberTürk”, “Akşam”, “Sabah”, “Yeni Şafak”, “Türkiye Gazetesi”, “Kıbrıs Gazetesi” qəzetləri və digər media qurumları tərəfindən xüsusilə geniş işıqlandırılıb. Hər iki qardaş ölkənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, qəzetləri və xəbər portalları milyonlarla tamaşaçının və oxucunun diqqətini həm prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına, həm də paradda nümayiş etdirilən hərbi texnika və silahlara cəlb edib.

Xəbərlərdə Türkiyə və Azərbaycan liderlərinin Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təmin olunması, Bakı və Ankaranın sıx həmrəyliyi, eləcə də regional əməkdaşlığın inkişafı ilə bağlı bəyanatlarından sitatlar gətirilib. Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” bəyanatının çox ciddi mesaj olması və “Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq” ifadəsi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bu Zəfər Qafqazda davamlı sülhə gedən yolun məhək daşıdır” sözləri Anadolu agentliyinin “Baş xəbər” rubrikasında oxucuların diqqətinə çatdırılıb.

Xüsusi diqqət Türkiyə Prezidentinin Azərbaycanın 44 günlük müharibədə tarixi Qələbəsindən sonra Asiya və Avropada geosiyasi balansın dəyişməsi barədə bəyanatına yönəlib. Materiallarda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çoxsaylı fotoşəkilləri təqdim olunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının bütün Türk dünyası üçün əhəmiyyəti xüsusi vurğulanıb.

Избранный
32
34
publika.az

10Источники