RU

Azərbaycan millisinin Fransa və İslandiya üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunlar üçün heyəti açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, millimiz noyabrın 10-dan 17-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq. Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya yığmasına, noyabrın 16-da isə Tofiq Bəhramov adəna Respublika Stadionunda Fransa seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb. O, bütövlükdə 26 futbolçuya dəvət göndərib.

Millinin heyətini nəzərinizə çatdırırıq:

  1. Şahrudin Məhəmmədəliyev – Qarabağ
  2. Aydın Bayramov – Zirə
  3. Rza Cəfərov – Neftçi
  4. Səlahət Ağayev – Qəbələ
  5. Anton Krivotsyuk – Daejon (Cənubi Koreya)
  6. Bəhlul Mustafazadə – Qarabağ
  7. Elvin Bədəlov – Neftçi
  8. Bədavi Hüseynov – Qarabağ
  9. Rəhman Daşdəmirov – Sabah
  10. Abbas Hüseynov – Qarabağ
  11. Cəlal Hüseynov – Arda (Bolqarıstan)
  12. Qismət Alıyev – Zirə
  13. Rüfət Abbasov – Şamaxı
  14. Elvin Cəfərquliyev – Qarabağ
  15. Emin Mahmudov – Neftçi
  16. Mustafa Əhmədzadə – Araz-Naxçıvan
  17. Səbuhi Abdullazadə – Sumqayıt
  18. Abdulla Xaybullayev – Sabah
  19. Xəyal Əliyev – Sabah
  20. Toral Bayramov – Qarabağ
  21. Ceyhun Nuriyev – Zirə
  22. Rüstəm Əhmədzadə – Sumqayıt
  23. Anatoli Nuriyev – Sabah
  24. Rüfət Abdullazadə – Varajdin (Xorvatiya)
  25. Renat Dadaşov – Motor (Polşa)
  26. Nəriman Axundzadə – Qarabağ
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
28
49
arena.az

10Источники