RU

ABŞ-nin İllinoys Urbana-Şampeyn Universitetində Zəfər Gününə həsr əlunan tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Amerika Birləşmiş ŞtatlarındakıSəfirliyinin əməkdaşları İllinoys Urbana-Şampeyn Universitetində 8Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbirdəiştirak ediblər.

Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyindən Trend-ə verilən məlumatagörə, tədbirdə İllinoys Universitetinin professor, müəllim vətələbə heyəti, Orta Qərbi Amerikanın Azərbaycan Mərkəzinin rəhbəriFərid Məmmədov və Mərkəzin üzvləri və Çikaqoda yaşayanhəmvətənlilər iştirak etmişlər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Səfirliyin əməkdaşı RamelLətifov qeyd etmişdir ki, 8 noyabr tarixi hər bir azərbaycanlı üçündərin məna daşıyır. Bu tarix Şuşa şəhərinin işğaldan azad edilməsivə ərazi bütövlüyümüzün bərpası günüdür. Bu gün xalqımızınmöhkəmliyini və birliyini simvolizə edir, sülh, suverenlik vəədalət uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsiniehtiramla yad edirik.

R. Lətifov Səfirlik adından Orta Qərbi Amerikanın AzərbaycanMərkəzinə, Azərbaycan Tələbə Assosiyasiyasına, İllinoysUrbana-Şampeyn Universitetinə, tələbələrimizə və bu bayramınkeçirilməsinə şərait yaradan hər kəsə təşəkkür etmişdir.

ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
Избранный
62
9
az.trend.az

10Источники