RU

Sabahın hava proqnozu açıqlandı

Noyabrın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Noyabrın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15° isti olacaq.

 

Избранный
114
49
nocomment.az

10Источники