“Atletiko”nun hücumçusu Antuan Qrizmann baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında La Liqada 138-ci qolunu vurub.
Msport.az xəbər verir ki, hücumçu XII turda “Levante” üzərində 3-1 hesablı qələbə qazandıqları oyunda rəqibin qapısına iki qol vurub.
Qrizmann bununla Xosep Qvardiolanın rəhbərliyi altında “Barselona”da 137 qol vuran argentinalı hücumçu Lionel Messinin rekordunu qırıb. Futbolçunun “Atletiko” ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, bu mövsüm 19 oyun keçirib və altı qol vurub.
“Atletiko” hazırda La Liqada 25 xalla dördüncü yerdədir.