Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
8-9 noyabrda Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi "Nar Festivalı" keçirilib.
Redaktor.az xəbər verir ki, festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir.
65-dən çox stendin yer aldığı festivalda istehsal ilə məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilib, məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor qruplarının çıxışları təşkil edilib.
2006-cı ildən etibarən təşkil olunan "Nar Festivalı" ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və s. kimi nar növlərin yetişdirilir. Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsi kimi Göyçayda istehsal olunan nar və nar məhsulları xarici bazarlarda tanınmaqdadır.
Aminə ŞAHSUVARQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.