RU

Hava çirkliliyi təkcə İranda yox, bir çox ölkələrdə erkən ölüm və müxtəlif xəstəliklərin yaranma səbəbidir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

2024-cü ilin aprelindən 2025-ci ilin aprelinə kimi İranda hava çirkliliyi səbəbindən 53470 nəfər həyatını itirib. Bu haqda Şəhid Beheşti Tibb Elmləri Universitetinin Havanın Keyfiyyəti və İqlim Dəyişikliyi Araşdırma Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu, qeyd olunan müddət ərzində ölkədə baş verən ölümlərin 15%-i təşkil edib. Məlumatda hava çirkliliyi səbəbindən qeydə alınan ölüm hallarının əvvəlki illər müqayisədə əhəmiyyətli dərəcədə artdığı bildirilib.Azərbaycanda ekoloji vəziyyət hazırda necədir? Ən böyük problemlər nələrdir?Şəhərlərdə havanın çirklənməsi səbəbi ilə statistika varmı?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ekoloq Sadiq Həsənov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə ildə 7 milyon insan hava çirkliliyindən dünyasını dəyişir: “Hava çirkliliyi ümumiyyətlə təkcə İranda yox, bir çox ölkələrdə insanların erkən ölümünə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olan əsas faktorlardan biridir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə ildə 7 milyon insan hava çirkliliyindən dünyasını dəyişir. Yəni burda da hava çirkliliyinin əsas səbəbləri: 1-ci yerdə - Azərbaycanda, xüsusilə şəhərlərdə avtomobillər dayanır. Sonrakı yerlərdə energetika sektoru, kənd təsərrüfatı və digər amillərdir. Avtomobil nəqliyyatı ona görə daha təhlükəlidir ki, benzin və dizellə işləyən, eyni zamanda təbii qazla işləyən avtomobil nəqliyyatında yanma prosesi tam getmədiyinə görə sürətlə hava çirklənməsi baş verir və ətraf mühitə müxtəlif karbohidrogenlər, karbon monoksid, karbon dioksid, kükürd dioksid, azot oksidləri və digər ağır metallar şəklində ətraf mühitə atılır. Bu, mobil olduğuna görə demək olar ki, şəhərin istənilən yerində hərəkət nəticəsində ətraf mühiti çirkləndirir. Ona görə də insanların avtomobil nəqliyyat yolunda gedərkən nə gəzmək üçün, nə dincəlmək üçün, nə də idman üçün istifadə etmək qəti yol verilməzdi, çünki avtomobil nəqliyyatının sağ və sol tərəfində ən azı 15-20 metrlik məsafədə bu çirkli hava kütlələri yayıla bilirlər. Xüsusilə, yay aylarında günəşin təsiri ilə onlar daha tez parçalanıb, daha zərərli maddələrə çevrilə bilirlər. Dizel yanacağı ilə işləyən avtomobil nəqliyyatında 10,5 və 2,5 millimetr ölçülərində kiçik hissəciklər var, ingiliscə buna Particulate Matter (PM) deyirlər. Bunlar uzun müddət havada qaldıqlarına görə havanı çirkləndirə bilir.

İkinci amil bu energetika sektorudur ki, bu zaman burda elektrik enerjisi almaq üçün təbii qazdan istifadə olunur. Əvvəllər enerji istehsalında xüsusilə Azərbaycanda və başqa ölkələrdə mazutdan, hətta bəzi ölkələrdə kömürdən istifadə olunur. Bu da ətraf mühiti, atmosferi kifayət qədər çirkləndirə bilir. Bu hava mühiti də məsələn, 1 kilovat saat elektrik enerjisi almaq üçün 255 qram şərti yanacaq işlədilir. Bu yanacaq mazut da, kükürd də, kömür də ola bilər. Bu həm də Azərbaycan üzrə göstəricidir. Əvvəllər bu 400 qrama qədər olmuşdur, indi hal-hazırda bu rəqəm aşağı düşübdür. Lakin burda da müəyyən karbon dioksid qazı, karbohidrogenlər, karbon monoksid, kükürd oksidləri yarana bilir bu da ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir”.

Sadiq Həsənov

Ekoloq qeyd edib ki, İranda və digər iri şəhərlərdə köhnə sistemli avtomobillər ətraf mühitə həddindən artıq zəhərli qazlar atırlar: “İrana baxsaq, orda həddindən çox köhnə sistemli avtonəqliyyat vasitələri var. Xüsusilə Tehran kimi, Təbriz kimi, Qəzvin kimi iri şəhərlərdə onların hərəkəti çox intensivdir. İrana səfər edəndə bilirlər ki, hətta yolu keçmək belə mümkünsüzdür. Çünki avtomobil həddindən artıq çoxdur. Bu nəqliyyatın İranın sanksiyaya məruz qaldığını nəzərə alaraq avtomobil nəqliyyatı yeniləyə bilmədiyindən köhnə modelli avtomobillər istehsal olunur və onların da yanacaq yandırması modern avtomobillərlə müqayisədə təxminən 50 % - dən yuxarıdır. Həm yanacaq istehlak çox ediblər, eyni zamanda ətraf mühitə həddindən artıq zəhərli qazlar atırlar, ona görə İranın şəhərlərində, xüsusilə Tehranda, Təbrizdə və digər şəhərlərdə hava daha çirklidir. Bu şəhərlərin çirkli olması insanları xəstələndirən amillərdən biridir. Azərbaycanda bu sahədə nə Səhiyyə Nazirliyi, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə də digər aidiyyəti qurumların açıqladığı məlumatlarda hava çirkliliyinin real göstəriciləri yer almadığı və mövcud göstəricilər dəfələrlə aşağı salındığı üçün, mərkəzi və digər şəhərlərdə havanın çirklilik səviyyəsini və onun insan sağlamlığına təsirini indiki şəraitdə obyektiv şəkildə qiymətləndirmək mümkün deyil. Ancaq dünyanın bir çox ölkələrində, hətta İranda da bu təqiqatlar aparılır və hava çirklənməsi insan səhhətinə necə təsir edildiyi barədə müəyyən məlumatlar verilir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
bizimyol.info

1Источники