AzVision.az xəbər verir ki, bu barədə Göyçay rayonun icra başçısının müavini Zivər Zeynalova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, “Nar Festivalı”nın əsas məqsədi ölkədə və onun hüdudlarından kənarda məşhur olan Göyçay narına olan marağı daha da artırmaq, eyni zamanda turizmin inkişafına dəstək olmaqdan ibarətdir:
“Düşünürəm ki, Azərbaycanın bütün rayonlarının sakinləri festivalda iştirak edir. Eyni zaman burada 100-dən çox şirkət edir və hamı öz məhsulunu nümayiş etdirməyə salışır. Turizm şirkətlərinin verdiyi məlumata görə, festivalda 30 mindən çox şəxs iştirak edir”.
Zivər Zeynalova əlavə edib ki, narın qiyməti növünə və keyfiyyətinə görə dəyişir: “Narın kiloqramı minimum 3 manat, maksimum isə 10 manat arasında dəyişir. Bəziləri qiymətin baha olmasından şikayətlənirlər, amma bizim cavabımız var - bu Göyçay narıdır. Onun dadı və spesifikası tam başqadır”. Z. Zeynalova əlavə edib ki, bu il festival çərçivəsində satışa çıxarılan nar məhsullarının ümumi həcmi 10 tondan artıqdır: “Göyçayda keçirilən festivalda 100-dən çox şirkət və on minlərlə ziyarətçi iştirak edir” - icra başçısının müavini əlavə edib.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта