RU

Türkiyədə 600 ə yaxın futbolçu mərc iddiası ilə bağlı ifadə verməyə çağırılacaq

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyədə 600-ə yaxın futbolçu qeyri-qanuni mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində ifadə verməyə çağırılacaq.

Yeniavaz.com xəbə verir ki, bu barədə Türkiyənin “Türkiye” qəzeti məlumat yayıb.

Digər tərəfdən, İnterpol (Beynəlxalq Cinayət Polisi Təşkilatı) da Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırılan işlə maraqlandığını bildirib.

Müstəntiqlərin fikrincə, futbolçular, məşqçilər və menecerlər Albaniya, Bolqarıstan və Şimali Kiprdə fəaliyyət göstərən qeyri-qanuni saytlara mərclər qoyublar.

Qeyd edək ki, bundan əvvəl İstanbul Baş Prokurorluğu mərc oyunu ilə bağlı 17 hakimin, o cümlədən Super Liqa klubu prezidentinin həbsinə order verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
1
yeniavaz.com

2Источники