RU

Bakı daha tarixi hadisəyə şahidlik etdi

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Zəfər Paradı təkcə Vətən müharibəsində qazanılmış Qələbənin beşinci ildönümünün qeyd olunması deyil, həm də Azərbaycanın gücünün, müstəqilliyinin, ordusunun qüdrətinin, ən əsası isə Türkiyə və Pakistanla birliyinin nümayişi idi.

Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyliyə deyib.

"Mərasimdə Azərbaycan Prezidenti ilə yanaşı Türkiyə Prezidenti və Pakistan Baş nazirinin iştirakı bu qardaşlıq münasibətlərinin ən parlaq təzahürlərindən biri kimi tarixə düşdü. Bu hadisə sadəcə hərbi güc nümayişi yox, həm də mənəvi birliyimizin, ortaq tarixi və gələcəyə hesblanmış mesaj idi. Bir neçə ay öncə Laçın şəhərində üç qardaş və dost ölkənin liderləri tarixi zirvə görüşü keçirdilər. O görüşdə səslənən fikirlər və qəbul edilən qərarlar paradda nümayiş olunan birgə iştirakın əsas siyasi və strateji təməlini təşkil etdi. Laçın Zirvəsi yeni geosiyasi reallığın başlanğıcı, ortaq maraqlara əsaslanan əməkdaşlıq platformasının ilk mərhələsi idi" - politoloq deyib.

O, qeyd edib ki, görüşdə müzakirə olunan məsələlər təhlükəsizlik, müdafiə sənayesi, enerji və nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də regional sabitliyin qorunması idi:

"Bu, qardaş ölkələrin gələcək üçün müəyyənləşdirdiyi əsas strateji xəttdir. Strateji tərəfdaşlıq təkcə hərbi sferada deyil, diplomatik, iqtisadi və mədəni sahələrdə də sürətlə dərinləşir. Türkiyə və Pakistanın hərbi nümayəndə heyətləri tədbirdə iştirak etdilər. Tribunadan üç ölkənin bayraqları dalğalandı. Pakistan Silahlı Qüvvələrinin hərbiçiləri Azərbaycan əsgərləri ilə eyni sırada addımladılar. Türkiyə Hərbi Qüvvələrinin nümayəndələri bir daha qardaş ölkənin yanında olduqlarını dünyaya göstərdilər. Prezident Türkiyə və Pakistanla qardaşlığın əbədi və dönməz olduğunu qeyd etdi, bu birliyin gələcəkdə böyük layihələrdə enerji, kommunikasiya və müdafiə sahələrində davam etdiriləcəyini bəyan etdi.

Azərbaycan artıq tək deyil. Onun yanında hər zaman Türkiyə və Pakistan kimi güclü, nüfuzlu, prinsipial dövlətlər dayanır. Bu gün bir millət, üç dövlət formulu regionda ədalətin, sabitliyin və yeni əməkdaşlıq modelinin bünövrəsini qoyur".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
icma.az

1Источники