“İnter Mayami”nin hücumçusu Lionel Messi futbol tarixində 400-cü assistni edib.
QOL.az xəbər verir ki, bu göstərici MLS-in 1/8 final mərhələsində “Neşvill”lə oyunda qeydə alınıb.
Görüşdə “İnter Mayami” 4:0 hesabı ilə qalib gəlib. Oyunda dubl edən Messi həm də bir qol ötürməsi edib..
Messi karyerası ərzində “Barselona”da (İspaniya) 269, Argentina millisində 60, PSJ-də (Fransa) 34, “İnter Mayami”də isə 37 məhsuldar ötürmə edib.
Qeyd edək ki, futbol tarixində ən çox qol ötürməsi edən futbolçu Ferens Puşkaşdır – 404.