Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Şamaxı"nın hücumçusu Kərim Rossi Sportal.az saytına açıqlama verib.
Misli Premyer Liqasının 11-ci turunun “İmişli”(1:0) ilə görüşündə yeganə qolu vuran Rossi matç barədə danışıb:
"İmişli" çox yaxşı komandadır, məşqçisi əla iş görür və yaxşı futbol oynayırlar. Onlara qarşı çox çətin oyun oldu. “İmişli” ilk hissədə yaxşı futbol göstərdi. Lakin fasilədən sonra biz daha yaxşı idik və qolumuzu da vurduq. Yenidən qol vurduğum və komandama qələbə qazandırdığım üçün şadam. Çox da qol epizodumuz yox idi, lakin bilirdim ki, həmin epizod yaranacaq və onu qolu çevirməyə hazır olmalı idim. Hücumçu kimi səbirli olmalı və öz anı gözləməlisən. Sevinirəm ki, həmin epizod yarandı və mən qolumu vurdum".
31 yaşlı isveçrəli hücumçu komandasının turnir cədvəlinin 8-ci pilləsində qərarlaşması barədə isə bunları deyib:
"Bu oyun bizim üçün çox vacib idi. İndi irəli baxa və qarşımızda duran digər komandalara çatmağa çalışa bilərik. Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir. Çünki güclü komandalar var. Biz də mübarizəmizi sona qədər aparacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.