RU

Deku Flikə qarşı tənqidlərə cavab verdi - ARENA.AZ

“Barselona”nın idman direktoru Deku, “blauqrana”nın alman baş məşqçisi Hans-Diter Flikin ünvanına yönəlmiş tənqidləri cavablayıb.

Arena.az onun müvafiq açıqlamasını təqdim edir:

“Vəziyyəti, israrlı zəhmətdən və fədakarlıqdan başqa heç nə deyişə bilməz”, deyə klub rəsmisi vurğulayıb.

Deku komandanın uğurlu çıxış etməsi üçün nəyə ehtiyacı olduğunu da açıqlayıb:

“Biz harada artıra biləcəyimizi və hansı çətinliklərlə qarşılaşağımızı bilirik. Formamızı qaytarmaq, birliyimizi qorumaq və səylə işləmək… Bax, bizim etməli olduğumuz budur”.

Xatırladaq ki, ötən mövsüm İspaniya çempionu olmuş “Barselona” La Liqanın 2025/2026-cı illər mövsümündə keçirdiyi 11 oyunda 8 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Kataloniya təmsilçisi 25 xalla 3-cü pillədə qərarlaşıb.

“Barsa” UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 4 oyunda da 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət görüb. İspaniya çempionu hazırda 7 xalla 11-cidir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
53
34
arena.az

10Источники