RU

“Adım Vətən”-dir

31 nömrəli  tam orta məktəbdə “Adım Vətən” tədbiri keçirildi

 Ölkəmizdə Böyük Qələbəmizin beşilliyi ilə bağlı  tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsində məktəbləi xüsusilə fərqlənir.

 Bakının Yasamal rayonundakı A. Ağaverdiyev adına 92 yaşlı 31 nömrəli tam orta məktəbdə keçirilən növbəti tədbiri “Adım Vətən” adlanırdı .

Tədbir Dövlət himninin səslənməsi, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra  məktəbin Birinci Qarabağ savaşının şəhidi Əhəd Firuz oğlu İsgəndərova həsr olunmuş “Adım Vətən”adlı film  nümayiş olundu. Məktəbin direktor müavinləri  Naibə Rüstəmova və  Sürəyya Yusifovanın təşkilatçılığı ilə baş tutan tədbir müəllim və şagirdlərin birlikdə hazırladığı “ Adım Vətən” bədii-ədəbi və musiqili konpozisiya ilə davam etdi. Kompazisiya şairə Kamalə Abiyevanın vətən mövzulu şeirləri  və Cəlal Qurbanovun mahnıları əsasında qurulmuşdu.

Tədbirdə fəxri qonaqları general Polad Haşımovun anası Səmayə xanım,  məktəbin şəhid məzunları Mahmud Cavadovun anası Səkinə xanım, Əhəd İsgəndərovun anası  Gülnaz xanım , eləcə də Birinci Qarabağ savaşının şəhidi Sənan Əliyevin oğlu AğasəlimƏliyev iştirak edirdi. Fəxri qonaqlar arasında “Mənim atam qəhrəmandır”, “Yaşa, yaşa Azərbaycan”  layihələrinin rəhbəri nəğməkar şair Cəlal Qurbanov,  şairə, publisist, təhsil eksperti Kamalə Abiyeva, qəhrəman oğullarımız  şəhid  Nurlan Ağayevin anası Pərvanə xanım , Turan Məmmədovun anası Könül xanım, Fuad Haşımovun anası Süsən xanım, Ramid Hacıyevin anası Solmaz xanım da var idi.

Tədbirin sonunda qonaqlar ürək sözlərini, vətən sevgisinin tərbiyəsində məktəb və ailənin rolunu vurğuladılar. Kamalə xanım öz çıxışında tədbirin  yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək,   bədii kompazisiyanın  şeirləri əsasında hazırlanmasından duyduğu qürur hissinə görə məktəb kollektivinə təşəkkür etdi.

Böyük Zəfərimizin 5-illiyinə həsr olunmuş tədbirdə hər an onu qorumağa hazır olan bu günkü gəncliyin nümayəndələri- məktəbin veteran məzunları da iştirak edirdi.

Избранный
68
adalet.az

1Источники