Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illəri əhatə edən strategiyası hazırlanıb.
“APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, bu strategiya bizim yaxın gələcəkdə misiyamızı, dəyərlərimizi müəyyən edir.
"Dövlət Vergi Xidməti innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir" - deyə Orxan Nəzərli əlavə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.