BAKI, 9 noyabr. TELEQRAF
Rusiya hava hücumundan müdafiə qüvvələri 10 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lardan 7-si Voronej vilayəti, 3-ü isə Belqorod vilayəti üzərində məhv edilib.
İnsident nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.