ain.az, Ayna portalına istinadən məlumat yayır.
Çin qallium, germanium, stibium və super sərt materiallar da daxil olmaqla bəzi strateji ikili təyinatlı malların ABŞ-yə ixracına qoyduğu məhdudiyyətləri ləğv edib. AYNA.AZ xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunur: “Dərc olunduğu tarixdən etibarən 27 noyabr 2026-cı il tarixinə qədər Ticarət Nazirliyinin 2024-cü il tarixli 46 nömrəli əmrinin qüvvəsi dayandırılır”.
Bildirilib ki, Pekin bu qərarı Kuala Lumpurda keçirilən Çin-ABŞ ticarət danışıqları zamanı əldə olunan razılaşma çərçivəsində qəbul edib. Həmin razılaşmaya əsasən, Çin 31 ABŞ şirkəti üzərindəki nəzarət tədbirlərini də yumşaldıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.