Bakı. Trend:
ABŞ-nin Nyu York şəhərində 8 Noyabr – Zəfər Günü, AzərbaycanınVətən müharibəsində qazandığı şanlı Qələbənin 5-ci ildönümü və 9noyabr - Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin Dövlət Bayrağıqaldırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, üçrənglibayrağımız Nyu York şəhərinin simvolu və maliyyə mərkəzi sayılan,turistlərin ən çox ziyarət etdiyi küçələrdən olan "Wall Street"dəki"Bowling Green" parkında ucaldılıb. Bu məkan Nyu York şəhərinin ilkrəsmi parkı və nəhəng bayraq meydanı kimi tanınır.
Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baştutan mərasimdə çıxışlarda 8 Noyabr – Zəfər Gününün tarixi vəmənəvi əhəmiyyətindən bəhs olunub, Azərbaycan xalqının 30 ilə yaxınhəsrətlə gözlədiyi qələbənin qürurunu və sevincini yaşadığıvurğulanıb. 44 günlük Vətən müharibəsi dövründə xalqımız bir amaluğrunda yumruq kimi birləşdiyi qeyd olunub. Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun,qəhrəman şəhid və qazilərimizin tarix yazdıqları, onların Vətənuğrunda göstərdikləri fədakarlığın xalqımızın yaddaşında əbədiyaşayacağı diqqətə çatdırılıb.
Daha sonra Dövlət Himnimizin sədaları altında bayrağımız havayaqaldırılıb.
Mərasimi yerli əhali və turistlər də maraqla qarşılayıb,bayrağımızın fonunda şəkil çəkdiriblər. Soydaşlarımız onlaraölkəmiz haqqında məlumatlar veriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı 10 gün“Bowling Green”də dalğalanacaq.