RU

“Qarabağ” Azərbaycan derbisində “Neftçi”yə qalib gəlib

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında “Zəfər tur”una yekunvurulub.

Trend-inməlumatına görə, günün mərkəzi matçında “Qarabağ” və “Neftçi”kollektivləri arasında Azərbaycan derbisi baş tutub. “AzərsunArena”da təşkil olunan qarşılaşma meydan sahiblərinin 2:0 hesablıqələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində 50-ci dəqiqədə Toral Bayramovpenalti zərbəsini dəqiq yerinə yetirib. 84-cü dəqiqədə isə KamiloDuran fərqlənib.

Bu nəticədən sonra Qurban Qurbanovun komandası 23 xallaliderliyə yüksəlib, “ağ-qaralar” isə 15 xalla 7-ci sıradaqalıb.

Qeyd edək ki, daha əvvəl "Şamaxı" "İmişli"yə 1:0, "Sumqayıt""Qəbələ"yə 2:0, "Araz-Naxçıvan" "Karvan-Yevlax"a 2:1, “Sabah”“Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. "Zirə" - "Turan Tovuz"görüşündə isə qolsuz heç-heçə qeydə alınıb.

Избранный
38
10
az.trend.az

10Источники