İranda hava çirkliliyi kritik səviyyəyə çatıb.
Publika.az İran mediasına istinadən xəbər verir ki, bu səbəblə bir sıra şəhərlərdə məktəblər və təhsil müəssisələri müvəqqəti olaraq bağlanıb.
Ölkənin cənub-qərbində yerləşən Xuzistan ostanında güclü hava çirkliliyi səbəbindən ibtidai və orta məktəblərdə üzbəüz tədris 21 noyabra qədər dayandırılıb.
Bölgənin bütün şəhərlərində çirklənmə səviyyəsi kritik həddə çatsa da, ən yüksək göstərici Əhvaz şəhərində qeydə alınıb. Burada hava keyfiyyəti indeksi (AQI) 500‑ə çatıb (300 və üzəri "insan sağlamlığı üçün təhlükəli" hesab edilir).