RU

Ferdi Tayfurun böyük sərvəti: İki övladına heç bir miras qoymayıb

Ferdi Tayfurun böyük sərvəti: İki övladına heç bir miras qoymayıbTürkiyə musiqisinin sevilən səslərindən olan Ferdi Tayfur ölümündən sonra var-dövləti ilə gündəmə gəlib.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, sənətçidən qalan böyük miras üstündə qalmaqal da yaşanır.

Məlumata görə, Tayfurdan 6 milyard lirə (təxminən 241 milyon manat) sərvət qaldığı bildirilir.

Sənətçinin qızı Tuğçenin atasının mal-mülkü ilə bağlı məhkəmə qalmaqalı uzun müddət gündəmdən düşməyib.

Mərhum sənətçi ölməzdən qabaq sərvətinin böyük qismini bölüşdürüb. O, Türkiyə ordusuna və bir sıra başqa qurumlara da mal-dövlətindən miras qoyub.

Tayfurun sərvətindən ən böyük pay isə üç övladına və digər yaxın qohumlarına düşüb.

Maraqlıdır ki, o, qızı Tuğçeyə və oğlu Timura sərvətindən heç nə verməyib.

Избранный
14
3
big.az

4Источники