Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Xudiyev UEFA-dan növbəti təyinat alıb. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç – Estoniya görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Oslo şəhərində yerləşən “Ullevaal” stadionunda baş tutacaq. Noyabrın 13-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

