RU

Premyer Liqa: “Qarabağ” “Neftçi”ni xalsız yola saldı - ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün “Zəfər turu” adı verilmiş 11-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında milli çempionatın daimi iki iştirakçısı – “Qarabağ” və “Neftçi” üz-üzə gəlib.

Bir oyun az keçirmiş Ağdam təmsilçisi bu görüşdə qalib gəlməklə vahid liderliyi ələ keçirmiş olacaqdı. Son iki oyunundan qalib ayrılmış “Neftçi” isə 7-ci sırada qərarlaşmışdı. “Azersun Arena”da baş tutmuş Azərbaycan derbisini Elçin Məsiyev idarə edib. Ağdam təmsilçisi əzəli rəqibini 2 cavabsız qolla məğlub etməklə zirvəyə yüksəlib.

Premyer Liqa
11-ci tur

9 noyabr

“Qarabağ” – “Neftçi” 2:0
Qollar: Toral Bayramov, 50-pen. Kamilo Duran, 74.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Azersun Arena”, 18:44.

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 9. Bassala Sambu, 27. Kristian Kostin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
23
34
arena.az

10Источники