RU

Mavriki sahillərində 100 milyon dollarlıq kokain tapıldı

Mavriki hüquq-mühafizə orqanları ada dövlətinin sahillərində Yunanıstan bayrağı altında üzən "Alpha Bravery" gəmisindən rekord - 400 kq kokain müsadirə edib.

Ölkə.az xəbər verir ki, dəyəri 100 milyon dollardan çox olduğu təxmin edilən narkotiklər xilasetmə jiletlərinə tikilərək daşınıb.

İlkin məlumatlara görə, Mavriki hakimiyyəti qanunsuz yük barədə məlumatı Braziliyadan Sinqapura gedən gəminin kapitanından alıb.

Narkotiklərin son təyinat yerini müəyyən etmək üçün araşdırma başlanıb.(oxu.az)

Избранный
18
2
olke.az

3Источники