RU

“Zəfər turu”nun son matçı: “Qarabağ” “Neftçi”yə qalib gəldi

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının XI turunda "Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan derbisi keçirilib.

Turkustan.az xəbər verir ki, "Zəfər turu"nun son oyununda Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qolları Toral Bayramov (50-pen) və Kamilo Duran (84) vurublar.

"Qarabağ" 23 xalla turnir cədvəlinə başçılıq edir. 15 xalı olan "Neftçi" yeddincidir.

Turun əvvəlki görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Sabah" "Kəpəz"i (3:1) üstələyib. "Zirə" - "Turan Tovuz" oyununda isə hesab açılmayıb. /yenisabah.az/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
9
icma.az

10Источники