RU

Rusiya Ukraynanın ilk böyük biokütlə İEM-ni sıradan çıxartdı - FOTOLAR

Gecə saatlarında Rusiya ordusuna məxsus üç pilotsuz uçuş aparatı "Clear Energy" şirkətinə məxsus elektrik stansiyasına zərbə endirib.

Musavat.com xəbər verir ki, 2016-cı ildə inşa olunan bu obyekt Ukraynada biokütlə ilə işləyən ilk və ən iri istilik-elektrik mərkəzi sayılırdı. Stansiya minlərlə evi enerji ilə təmin edir, ölkənin bərpaolunan mənbələrə keçidinin rəmzi kimi təqdim olunurdu.

"Clear Energy"nin həmtəsisçisi Oleg Qrinenko stansiyanın vurulmasını təsdiqləyərək bildirib:

"Bu stansiya sahə üçün bir nümunə idi və sübut edirdi ki, Ukraynanın enerji müstəqilliyi yerli resurslardan başlayır. Sevindirici haldır ki, xəsarət alan yoxdur".

Musavat.com

Избранный
41
musavat.com

1Источники