RU

Formula 1: Lando Norris Braziliyada da hamıdan sürətli oldu

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 21-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış San Paulo şəhərində təşkil olunub.

San Paulo qran-prisində “Maklaren”in pilotu Lando Norris hamıdan sürətli olub. Britaniyalı 25 yaşlı pilot 71 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 7-ci, karyerası ərzində isə 11-ci qələbəsidir.

Son 4 ilin çempionu Maks Ferstappen bu dəfə də 3-cü yerlə kifayətlənib. İkinci yeri isə “Mersedes”dən Kimi Antonelli tutub.

Beləliklə, geridə qalmış 21 mərhələdən sonra Lando Norris 390 xalla liderdir. Onun komanda yoldaşı Oskar Piastri 366 xalla ikincidir. İlk üçlüyü Maks Ferstappen (“Red Bull”) qapayır – 341 xal.

Mühəndislər Kubokunda “Maklaren” 756 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 398 xalla ikinci, “Red Bull” isə 366 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 22-ci qran-prisi Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Nevada ştatının Las Veqas şəhərində baş tutacaq bu yarış noyabrın 22-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Lando Norris (Maklaren) – 390
  2. Oskar Piastri (Maklaren) – 366
  3. Maks Ferstappen (Red Bull) – 341
  4. Corc Rassell (Mersedes) – 276
  5. Şarl Lekler (Ferrari) – 214
  6. Luis Hamilton (Ferrari) – 148
  7. Kimi Antonelli (Mersedes) – 122
  8. Aleksander Albon (Uilyams) – 73
  9. Niko Hulkenberq (Zauber) – 43
  10. İsaak Hacar (Rasinq Bulls) – 43
  11. Oliver Berman (Haas) – 40
  12. Fernando Alonso (Aston Martin) – 40
  13. Karlos Sayns (Uilyams) – 38
  14. Liam Louson (Red Bull) – 36
  15. Lens Stroll (Aston Martin) – 32
  16. Esteban Okon (Haas) – 30
  17. Yuki Tsunoda (Rasinq Bulls) – 28
  18. Pyer Qasli (Alpin) – 22
  19. Qabriel Bartoleto (Zauber) – 19
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Cek Duen (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 756
  2. Mersedes – 398
  3. Red Bull – 366
  4. Ferrari – 362
  5. Uilyams – 111
  6. Rasinq Bulls – 82
  7. Aston Martin – 72
  8. Haas – 70
  9. Zauber – 62
  10. Alpin – 22
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
34
27
arena.az

10Источники