RU

ARKA 2025-ci il üzrə animasiya film layihələrinin qaliblərini açıqlayıb

Bakı, 10 noyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərini elan edib.

ARKA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə çərçivəsində 7 animasiya filmi layihəsi dövlət dəstəyinə layiq görülüb.

ARKA-nın dəstəyini alan animasiya layihələri bunlardır: “Eyni yağışın altında”, “Oyun”, “Kölgəsiz Adamlar”, “Qayıtmışam”, “Hipotez”, “Fazzi: oyanış” və “İşquzların bilgi çanağı”.

Qeyd edək ki, müsabiqənin məqsədi yerli kino istehsalını təşviq etmək, gənc rejissorların və animasiya sahəsində fəaliyyət göstərən yaradıcıların layihələrini dəstəkləməkdir.

Избранный
44
2
azertag.az

3Источники