BAKI, 10 noyabr. TELEQRAF
Livanda İsrailin hava zərbələri nəticəsində son bir il ərzində 309 nəfər həlak olub, 598 nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Rəqyan Nasir əd-Din X sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, 27 noyabr 2024-cü ildə ABŞ və Fransanın vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra İsrail 5 163 dəfə razılaşmanı pozub.
Nazir qeyd edib ki, davam edən hücumlar xüsusilə ölkənin cənub bölgəsində vəziyyəti ağırlaşdırıb və oktyabr ayında 28 nəfər həyatını itirib.
BMT-nin Livandakı sülhməramlı missiyası (UNIFIL) vəziyyətin kəskinləşməsinin mülki əhali üçün ciddi təhlükə yaratdığını açıqlayıb.
İsrail tərəfi isə zərbələrin “Hizbullah” mövqelərinə yönəldiyini bildirir.