RU

VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək karateçilərin adları açıqlanıb

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək karateçilərin adları açıqlanıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan Karate Federasiyasının milli komandasının heyətində Fatimə Cəbrayılova (50 kq), Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq), Roman Heydərov (Kata), Nuran Rzazadə (67 kq) və Turqut Həsənov (84 kq) var.

Komandamıza AKF-in vitse-prezidenti Rəhman Hətəmov rəhbərlik edir.

Məşqçi heyətinə isə Şahin Atamov (baş məşqçi) və Şahin Xudaverdiyev (böyük məşqçi) daxildir.

İdman.Biz

Избранный
9
1
idman.biz

2Источники