RU

Cahangir Babayev İslam Həmrəyliyi Oyunlarında hakimlik edəcək

Azərbaycan Karate Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Cahangir Babayev VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi hakim kimi təmsil edəcək.

İdman.Biz xəbər verir ki, o, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək karate yarışlarında ədalət təmsilçisi qismində çıxış edəcək.

Qeyd edək ki, Cahangir Babayev beynəlxalq arenada keçirilən bir çox nüfuzlu turnirlərdə hakimlik edib və beynəlxalq səviyyədə tanınmış referilərdən biridir.

İdman.Biz

Məqalədə:
Избранный
49
idman.biz

1Источники