RU

BBC-nin baş direktoru istefa verdi -

BBC-nin baş direktoru Tim Deyvi ABŞ Prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması ilə bağlı yaranan qalmaqaldan sonra istefa verib.

 

Senzor.az bildirir ki, bu barədə teleşirkət məlumat yayıb.

 

BBC xəbər xidmətinin rəhbəri Debora Ternessin də vəzifəsini tərk etdiyi bildirilib.

 

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Karolayn Levitt BBC-nin Trampın 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan əvvəlki çıxışını təhrif etdiyini açıqlamışdı. Onun sözlərinə görə, korporasiya ABŞ liderinin çıxışını bilərəkdən saxtalaşdıraraq elə bir təəssürat yaradıb ki, guya o, Kapitolidəki iğtişaşları dəstəkləyib.

Избранный
12
6
senzor.az

8Источники