RU

Tramp BBC rəhbərliyinin işdən qovulduğunu elan etdi

ABŞ Prezidenti Donald Tramp BBC-nin yüksək vəzifəli rəhbərlərini 2024-cü il ABŞ prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışmaqda ittiham edib.

Musavat.com xəbər verir ki, o, bu barədə Truth Social-da paylaşımla çıxış edib. Xüsusilə Tramp korrupsiyada ittiham etdiyi BBC-nin istefa verən baş direktoru Tim Deyvi və Xəbərlər üzrə baş direktor Deborah Ternesə diqqət yetirib: "Tim Deyvi də daxil olmaqla, BBC rəhbərləri 6 yanvarda mənim çox yaxşı (MÜKƏMMƏL!) çıxışımı "saxtalaşdırdıqları" üçün işdən çıxarılıblar və ya qovulublar. Bu korrupsioner jurnalistləri ifşa etdiyinə görə The Telegraph-a təşəkkürlər. Bunlar prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışan çox vicdansız insanlardır".

Tramp həmçinin əlavə edib ki, həmin BBC rəhbərləri həm də bir çoxları tərəfindən ABŞ-ın 1 nömrəli müttəfiqi hesab edilən bir ölkəni təmsil edirlər (BBC Britaniya şirkətidir - red.).

"Demokratiyaya necə də dəhşətli bir zərbə!" - deyə Ağ Ev rəhbəri qeyd edib.

Xatırladaq ki, dünən BBC-nin baş direktoru Tim Deyvi və Xəbərlər üzrə baş direktor Deborah Turness ABŞ prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması ilə bağlı qalmaqala görə istefa veriblər.

 

Musavat.com

Избранный
21
2
musavat.com

8Источники