RU

Şəkidə ağır qəza: 6 nəfərin vəziyyəti ağırdır – VİDEO

Şəkidə iki minik avtomobili toqquşub.

NOCOMMENT.az xəbər verir ki, qəza zamanı 2003-cü il təvəllüdlü Sevindir Yamən oğlu Abdurahmanovun idarə etdiyi “Mercedes E-220” markalı, 04-BM-692 dövlət nömrə nişanlı avtomobillə 1994-cü il təvəllüdlü Pərviz Bəşarət oğlu Allahverdiyevin idarə etdiyi “Chevrolet Cruze” markalı, 55-CC-770 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Mercedes”in sürücüsü S. Abdurahmanov sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

O, Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən xüsusi qəza-xilasetmə alətləri vasitəsilə avtomobildən çıxarılaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadasına təhvil verilib.

Qəza səbəbilə 09.11.2025-ci il tarixində saat 20:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub. Vəziyyətləri ağır qiymətləndirilir.

Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Избранный
36
5
nocomment.az

10Источники