RU

Levandovski İspaniya futbolu tarixində bunu bacaran üç futbolçudan biri oldu

İspaniya La Liqasının 12-ci turunda "Selta" üzərində 4:2 hesablı qələbə qazanan "Barselona"nın heyətində Robert Levandovski het-triklə yadda qalıb. 

Fanat.Az xəbər verir ki, bununla da polşalı forvard La Liqanın tarixinə düşüb.

"StatMuse"-nin hesablamasına görə, Levandovski 35 yaşdan sonra İspaniya liqasında ən çox het-trik edən əfsanəvi Ferens Puşkaş və Alfredo Di Stefanonun rekordunu təkrarlayıb. Hər biri üç dəfə bunu reallaşdırıblar. 

Robert Levandovskinin bu ilin avqustunda 37 yaşı tamam olub. Forvard 2022-ci ildə "Bayern"dən transfer olunduqdan sonra "Barselona"nın heyətində 159 oyunda 108 qol vurub.
 

Избранный
32
1
fanat.az

2Источники