RU

Nyu-Yorkda Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş qala-konsert keçirilib

Noyabrın 9-da Nyu-Yorkun dünyaca məşhur "Carnegie Hall" konsert zalında 9-cu "Florida Keys" Beynəlxalq Musiqi Müsabiqəsinin qaliblərinin qala-konserti keçirilib.

Aznews.az xəbər verir ki, builki müsabiqə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.

"Florida Keys" Beynəlxalq Musiqi Müsabiqəsinin qaliblərinin qala-konserti Florida ştatında fəaliyyət göstərən Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetinin professoru, həmçinin assosiasiyanın nəzdindəki təhsil və mədəniyyət məsələləri üzrə komitənin rəhbəri Pərvin Muradovanın təşkilatçılığı, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Qala-konsertdə müsabiqənin qalibləri dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib, Üzeyir Hacıbəylinin repertuarından parçalar səsləndiriblər.

Gecədə ABŞ-də fəaliyyət göstərən azərbaycanlı pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Əli Məmmədov, gənc musiqiçi Milana Nəbiyeva, eləcə də skripka ifaçıları Dana və Aline Zoabi bacılarının çıxışları xüsusi maraqla qarşılanıb.

Избранный
28
aznews.az

1Источники