RU

"Sabah" Premyer Liqada 300-cü qolunu vurub

"Sabah" Premyer Liqada 300-cü qolunu vurub.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qoluna İqor Noqeyra imza atıb.

O, Misli Premyer Liqasının XI turunun "Kəpəz"lə səfər görüşündə (3:1) komandasının sonuncu topunun müəllifi olub. "Sabah" yüksək dəstədəki 222-ci matçında 300-ə çatıb. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində buna nail olan 15-ci komandadır. Bakı klubu evdə 158, səfərdə 142 dəfə fərqlənib.

Qeyd edək ki, "Sabah" ilk qolunu 2018-ci il avqustun 12-də "Keşlə" ilə səfər matçında imza atıb – 1:0. Həmin qolun müəllifi Marko Deviç olub.

Azərbaycan derbisində sevinən tərəf “Qarabağ” oldu - YENİLƏNİB

Azər Bağırov: “Bu gün ikinci qolu vursaydıq…”

Valdas Dambrauskas: “Oyundan yox, nəticədən məmnunam”

“Sabah” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

Azərbaycan derbisi 100-cü dəfə baş tutacaq

Избранный
24
11
apasport.az

10Источники