
Gəncə şəhərində 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə tutulub.
***
Gəncədə bıçaqlanma olub.
AFN.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində baş verib. Şəhər sakini - 2009-cu il təvəllüdlü Elgün Əliyev budunun kəsilmiş bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Onun yarası dərhal tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 16 yaşlı oğlan dostu tərəfindən bıçaqlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.